Satış nümayəndəsi (Gəncə)

  • Novator HRC
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Gəncə və ətraf şəhər və qəsəbələrdə yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışı həyata keçirmək
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərinə çatmaq
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
  • Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək

Namizədə tələblər:

  • Şəxsi avtomobil mütləq olmalıdır
  • Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
  • Komandada və stres altında işləmək bacarığı
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
  • Ali təhsil
  • Yaş həddi 25-40 arası
  • Bəy namizəd olmalı
  • Ünsiyyətcil və inandırma bacarığı
  • Öz üzərində işləyən, inkişafa meyilli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Satışın analizini aparmaq bacarığı
  • Vaxtın səmərəli idarəolunması bacarığı
  • Bakı şəhərində qeydiyyatda olmalı
  • Satış (xüsusilə HoReCa) sahəsində təcrübə
  • Sürücülük vəsiqəsi

İş qrafiki:

  • Həftə içi 6 gün, bazar günü istirahət

Tələblərə uğun namizədlər mövzu yerində “Satış nümayəndəsi Gəncə” yazmaqla öz CV-lərini göndərə bilərlər.

Email:  [email protected]