Bölgə müdiri

  • Novator HRC
  • Elanın qoyulma tarixi: 06.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Satış planları və hədəflərinə nail olmaq üçün HoReCa, Səhiyyə və s. Satış sahələrində satış təmsilçilərini idarə etmə bacarığı;
  • Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
  • Müştəriləri cəlb etmək üçün kommersiya təklifləri hazırlamaq;
  • Qiymət siyasətinin formalaşdırılması, satış təhlili və sənədlərin idarə edilməsini həyata keçirmək;
  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
  • Müştəri debitor borclarının idarə edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Şəxsi maşın və sürücülük vəsiqəsi olmalı;
  • Qeyd olunan sahədə azı 2-3 il iş təcrübəsi;
  • Cins: Kişi
  • Yaş həddi: 25-33;
  • Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
  • HoReCa, Səhiyyə və digər satış sahələrində yüksək bilik və bacarıqları olmalı;
  • Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır;
  • Ofis proqramları biliyi;
  • Dəqiq, intizamlı və işində məsuliyyətli olmalı.

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;                                                                                                                                                                                                               
  • Nahar xərci qarşılanır;
  • Amortizasiya xərci qarşılanır;
  • Yanacaq xərci qarşılanır
  • Həftədə 1 gün istirahət.

İş ünvanı: Bakı

Əmək Haqqı: 1500-2700 AZN  (Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında qeyd ediləcək)

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Bölgə müdiri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.