Satış təmsilçisi (Soyuq satış)

  • Novator HRC
  • Elanın qoyulma tarixi: 24.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Kimyəvi Yuyucu vasitələr, Dezinfeksiyaedici (Tibbi Müəssisələrdə) vasitələr, Təmizlik avadanlıqları, Təmizlik Maşınları, Gigiyenik Kağız və digər Təmizlik Məhsullarının tanıtımını və  soyuq satışını həyata keçirmək;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
  • Təyin olunmuş satış planlarının icrası;
  • Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
  • Müştərilərdən ödənişlərin toplanması;
  • Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

 

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi və şəxsi maşını olmalı;
  • Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
  • Cins: Kişi;
  • Yaş həddi: 22-33;
  • HoReCa, Səhiyyə və s digər satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
  • Ofis proqramları biliyi;
  • Yüksək kommunikasiya və satış bacarığı olmalı.

 

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;
  • Nahar xərci qarşılanır;
  • Amortizasiya xərci qarşılanır;
  • Yanacaq xərci qarşılanır;
  • Həftədə 1 gün istirahət.

 

İş ünvanı: Bakı

Əmək Haqqı: 800-1100 AZN + bonus

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Soyuq satış)” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.