KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi (Quba-Xaçmaz)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 27.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflər verir;
  • Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirir;
  • Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurur;
  • Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirir;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirir;
  • Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirir;
  • Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirir;
  • Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirir;
  • Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.

Tələblər:

  • Ali təhsilli olmalı;
  • KOS və mikro kreditlərinin satışı və ya təhlili sahəsində ən azı 1 il iş təcrübəsi 
  • ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları (arzuolunan);
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
  • Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2106) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi