Sətəm üzrə mütəxəssis (Yeni layihə)

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 18.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (İnşaat sahəsində)
  • İş təcrübəsi-3 il
  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Stressli şəraitdə işləmə bacarığı
  • Analitik düşüncə bacarığı

Vəzifə öhdəlikləri:

  • Gündəlik işqabağı işçiləri təlimatlandırmaq, işçilərin işləyəci peşə və vəzifələrini düzgün və təhlükəsiz icra etmələri haqda məlumatlandırmaq;
  • Fərdi mühafizə vasitələrinin işçilərin tərəfindən düzgün istifadə edilməsinə nəzarət etmək;
  • Hər hansı bir işçinin gördüyü təhlükəli işini anında saxlayıb – işin riskini qiymətləndirdikdən sonra aradan qaldırmaq;
  • İşin riskini aradan qaldırdıqdan sonra həmin riski öz şöbə rəhbəri, istehsalat rəhbəri və sex rəisi ilə müzakirə etmək;
  • İşə yeni başlayan işçilərə ƏM və TT üzrə təlimat keçmək, jurnallara qeyd etmək, 3 (üç) aydan bir bütün işçilərə təkrar və növbədənkənar təlimatlar keçirmək.
  • İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək;
  • İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək;

İş şərtlərimiz:

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən ediləcəkdir.
  • İş qrafiki : 6 günlük iş həftəsi,
  • Nahar və ev şirkət tərəfindən təmin olunur 
  • Layihənin adı: “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası”
  • Layihənin yerləşdiyi yer: Füzuli rayonu

Maraqlanan namizədlərdən öz CV-lərini email adresinə göndərmələri tələb olunur. Mövzu hissəsində "Sətəm üzrə mütəxəssis" qeyd etməniz xahiş olunur.

Email: [email protected]