Smeta mühəndisi

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (İnşaat və əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis arzu olunandır;
  • Ofis və mühəndislik proqramlarını (MS Word, MS Excel (yüksək səviyyədə), MS Outlook,
  • AutoCAD (yüksək səviyyədə) ) bilməli;

Vəzifə öhdəlikləri:

  • Tender zamanı təqdim olunmuş iş həcmləri və layihələri araşdıraraq fərqlərin müəyyən olunması,
  • hər bir iş üzrə normativ rəqəmlərə əsasən kalkulyasiyanın aparılması və iş həcmlərinin qiymətləndirilməsi.
  • Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib edir;
  • Qiymətlərin və ya həcmlərin dəyişməsi halında smetada müvafiq dəyişikliklər edir;
  • Layihə təşkilatları tərəfindən tərtib edilmiş smetaların düzgünlüyünü yoxlayır və rəy hazırlayır;
  • Əlavə işlər üzrə smetaları hazırlayır və təsdiq üçün Texniki Direktora təqdim edir;
  • Smeta sənədlərinin qeydiyyatını aparır, şablon smataların hazırlanması məqsədi ilə
  • təkrarlanan işlər üzrə smeta hesablamalarını sistemləşdirir.

Araşdırma və sistemləşdirmə:

  • Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparır, alınan məlumatları sistemləşdirir;
  • İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər verir;
  • Smetların tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərinin müəyyən edir.

Sənədləşmə:

  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak edir;
  • Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak edir;
  • Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlayır.

İş şərtlərimiz:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ramco CJSC tərəfindən digər vakansiyalar