Satınalma mütəxəssisi (Xanım)

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 17.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təchizat sahəsində satınalma mütəxəssisi kimi iş təcrübəsi 
  • Sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)  
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
  • Özünə inam
  • Qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları 
  • Yerli sənaye bazar məhsulları haqqında məlumat sahibi olma
  • Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
  • İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma 
  • Azərbaycan, ingilis və rus dillərini çox yaxşı bilmək. 
  • 25-40 yaş, XANIM mütəxəssislər tələb olunur 
  • Nümumnəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən. 
  • Şəxsi avtomobili olanlara üstünlük verilir.

Əmək funksiyaları:

  • Şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirməkMal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması. 
  • Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi 
  • Korporativ müştərilərlə əlaqə qurmaq, şirkətin məhsullarını tanıtmaq, yeni müştərilər axtarmaq, onlarla əlaqə saxlayaraq xidmətlər haqqında məlumat vermək.
  • Müştəri məmnuniyyətinin səviyyəsini müəyyən etmək, müştəri xidmətinin səviyyəsini müəyyən etmək, boşluqları təhlil etmək və müəyyən etmək.
  • Marketinq araşdırmalarının aparılması, müştəri ehtiyaclarının öyrənilməsi
  • Soyuq zənglər, görüşlər və təqdimatlar vasitəsilə satışların təşkili
  • Qarşınıza qoyduğunuz məqsədlərə doğru hərəkət edin
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi

İş şəraiti:

  • İş qrafiki: həftəfə 5 günü saat 09:00-19:00; 6 gün – 09:30-16:00
  • Mobil danışıqlar ofis tərəfindən təmin edlir
  • Nahar ofis tərəfindən təmin edilir
  • Üç ay sınaq müddəti
  • Əmək haqqı: 1000-1500 AZN

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər

Email: [email protected]