İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması və satınalınması tələb olunan məhsulun bazarda ən münasib qiymətə və ən uyğun keyfiyyətdə əldə olunmasının təmin edilməsi
- Tender üçün və ya qiymətin müəyyən olunması üçün qiymət sorğularının keçirilməsi
- Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
- Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsində iştirak edilməsi
- Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
- Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması
Vəzifənin tələbləri:
- Bakalavr və ya daha yüksək təhsil dərəcəsi
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Dövlət satınalmaları haqqında yeni qanunun tətbiqinə dair biliklər
- Dövlət və korporativ tenderlərdə iştirak təcrübəsi
- Yerli bazar üzrə aktiv tədarükçü bazası
İş şəraiti:
- İş qrafiki: 5 gün, 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
- İş yeri: Bakı şəhəri, Salyan şossesi 32
- Nahar şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Daxili Satınalma üzrə Mütəxəss” sözlərini qeyd edərək elektron ünvanına göndərsinlər