Satınalma üzrə mütəxəssis

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: Həftədə I-V günlər tam- saat 09:00-18:00

Nahar: Şirkət tərəfindən təmin edilir

Sınaq müddəti: 1-2 ay

Əmək haqqı: Başlanğıc 1000 AZN + bonus

Mobil danışıqlar: Şirkət tərəfindən təmin edilir

Son müraciət tarixi: 03 Dekabr 2023

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1+ il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: sərbəst/İngilis dili: orta/Rus dili: orta
  • Kompüter bilikləri  : Microsoft Office (xüsusilə Word, Excel)  proqramlarında işləmə bacarığı
  • Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün müəssisə resurslarının planlaşdırılması sistemlərini bilmək
  • Yerli və xarici bazarda olan sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)  
  • Xüsusilə Rusiya bazarı haqqında geniş məlumata və təcrübəyə malik olmalı
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
  • Özünə inam, qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları 
  • Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
  • İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma 
  • 25-40 yaş, mütəxəssislər tələb olunur 
  • Nümunəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən
  • Şəxsi avtomobili olanlara üstünlük verilir

Vəzifə öhdəlikləri:

  • Tenderlərin izlənməsi, tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi
  • Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin tənzimlənməsi 
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi 
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
  • Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
  • Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması. 
  • Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi 
  • Marketinq araşdırmalarının aparılması, müştəri ehtiyaclarının öyrənilməsi
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.