Debitorlar idarəolunması üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 15.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə və Öhdəli̇klər:

  • Sığorta müqavilələri üzrə sığorta haqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;
  • Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;
  • Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
  • Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə və ya hesablara yönləndirilməsi;
  • Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;
  • Analitik hesabatların hazırlanması;
  • Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;
  • Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyyələr vermək;
  • Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış lakin şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Bi̇li̇klər:

  • Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə;
  • Dil bilikləri: Azərbaycan dili üzrə səlis yazılı və şifahi biliklər, yüksək səviyyədə İngilis və Rus dili;
  • Kompüter bilikləri: MS Office (Excel, Word, PowerPoint, Power BI) proqramları üzrə biliklər.

Təcrübə:

  • Maliyyə, bank və ya mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
  • Səlis danışıq qabiliyyəti;
  • Vaxtın idarəolunması bacarığı;
  • Məlumatların məxfiliyinin qorunub saxlanılması;
  • Detallara diqqət və analitik bacarıqlar;
  • Təşəbbüskarlıq;
  • İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
  • Stres altında işləmək qabiliyyəti.

Son müraciət tarixi: 15 Oktyabr

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

İşəgötürənin reytinqi