Təchizat Standartlaşma və Kodlama (SAP Core Data) üzrə mütəxəssis

İşin təsviri

Vəzifə üzrə tələblər:

  • Təchizat sahəsində təcrübə arzuolunandır;
  • SAP ERP proqramında təcrübə arzuolunandır;
  • Master dataların (SKU) hazırlanmasında təcrübə;
  • Tədarükçülərin Pre-Kvalifikasiya (Prequalification Qeuestionaire) sorğusundan keçirilməsində təcrübə.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatında məhsul məlumat bazasının formalaşdırılmasına dair standartları təyin etmək və verilənlər bazası üzrə mütəxəssislərə izah etmək.
  • Sifarişçilər tərəfindən proqram təminatında yaradılmış məhsul məlumatlarını yoxlamaq və təsdiqləmək.
  • Proqram təminatına daxil edilmiş tədarükçü məlumatlarını yoxlamaq və təsdiqləmək.
  • Proqram təminatının biznes vahidlərində tətbiqinə və istifadəsinə dəstək göstərmək, proseslərin düzgün icrasına nəzarət etmək.
  • Təsdiq edilmiş tədarükçü siyahısını hazırlamaq.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Standartlaşma və Kodlama (SAP Core Data) üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

İşəgötürənin reytinqi