Veysəloğlu Şirkətlər Qrupu


Azərbaycan bazarında mövcud olan bütün ticarət nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.

Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçılarla distribüterlik səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının distribüterliyini həyata keçirməsi inkişafımıza daima təkan verir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbəti qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.

Bunun nəticəsi olaraq satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son illərdə şirkətdə çalışanların sayı sürətlə çoxalıb. Şirkətimizin təqribən 80%-i gənclərdən ibarətdir. Çox sevindirici haldır ki, “Veysəloğlu”nun bir çox vəzifəli şəxsləri vaxtı ilə bu şirkətdə sıravi işdə çalışmış insanlardır. Bunun daxili nizam-intizam, motivasiya, ədalətlilik və çalışqanlığın göstəricisi olduğunu cəsarətlə deyə bilərik. Bütün bunlar isə nəticədə düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstərən amillərdir.

 

İşəgötürənin reytinqi