İşin təsviri
Tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə 3 - 5 il iş təcrübəsinə sahib;
- Boru və ya sənaye sahəsində təcrübəsi olan;
- Ümumi satış texnikalarını, kommersiya hüququnu, satış-marketinq strategiyalarını və satışın idarə edilməsi bacarığına sahib;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dili bilgisi üstünlükdür);
- Təqdimat və təsiretmə bacarığına malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Yerli bazarda yeni müştərilərin bazasının yaradılması və mövcud portfelin inkişaf etdirilməsi;
- Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq məhsulların təklif edilməsi;
- Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi.
Əmək haqqı: 1000 AZN.