Telesatış üzrə mütəxəssis

  • Vision Academy
  • Elanın qoyulma tarixi: 30.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Satışı onlayn və ya real şəkildə həyata keçirmək;
  • Müvafiq təhsil paketləri haqqında şirkətlərə məlumat vermək və müştərilərin sayını artırmaq;
  • Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
  • Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək; 
  • Sosial şəbəkələr vasitəsilə müştərilərin suallarını cavablandırmaq; 
  • Xidmət paketləri barədə məlumatlar vermək; 
  • İnstagram, Whatsapp, Facebook üzərindən gələn müraciətləri satışı yönümlü cavablandırmaq;
  • Yüksək səviyyədə danışıqlar aparmaq; 
  • Satışları artırmaq və yeni müştərilərin axtarışı üçün davamlı olaraq satışı həyata keçirmək;
  • Müştərilərlə müsahibələr, sifarişlərin qəbulu və sənədləşmə işlərini aparmaq;
  • Mövcud müştərilərlə işləmək və davamlı təkliflər göndərmək;
  • Aylıq satış planını tərtib etmək;
  • İdarə heyətinə işin nəticələri barədə hesabatlatları təqdim etmək;
  • Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq);
  • Tələbələrə aid məlumatların  müvafiq sistemdə qeydiyyatını aparmaq;
  • Potensial müştəri axtarışını həyata keçirmək;
  • Şirkət tərəfindən təklif olunan xidmət üzrə müştərilərin ehtiyaclarını aydınlaşdırmaq;
  • Müəssisənin müştərilərinə xidmət və yeniliklər barədə məlumatlar vermək;
  • Müştəri bazasına rəhbərlik və bazanın artırılması yönündə proyektlər hazırlayıb həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
  • İnstagram, Whatsapp, Facebook üzərindən yüksək satış bacarığı;
  • Satış və ya müştəri xidmətləri sahəsində 1-2 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
  • Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
  • Ünsiyyət və rəqabət yönümlü bacarıq;
  • Yüksək motivasiya və satış sahəsində təsdiq olunmuş hədəfləri tətbiq etmək bacarığı.

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;
  • İş saatı: 10:00-19:00;
  • Həftədə 1 gün istirahət;
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq və satışa uyğun olaraq bonuslar veriləcək.

Ünvan:  Elmlər Akademiyası, BDU üzbəüz çıxışı, Z.Xəlilov 31B.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]