Sahə aqronomu

  • Azbadam MMC
  • Elanın qoyulma tarixi: 25.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni təmin etmək;
  • Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirmək;
  • Aqronomiya sahəsinə aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak etmək;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsini təşkil etmək;
  • Çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsinə nəzarət etmək, əkin sahələrində aqrobasiyanın keçirilməsinə nəzarət etməklə, həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparmaq;
  • Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Bağ sahələrində suvarma ilə bağlı görülən işlərə nəzarət etmək.

Tələblər:

  • Aqronomiya sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş staji;
  • Microsoft Office proqramları üzrə biliklər
  • İngilis dil biliyi üstünlükdür.

Sosial imtiyazlar:

  • Nahar təminatı

 

https://glorri.com/azbadam/63072e79df00405a34c1dac8-Sah%C9%99%20aqronomu?sources=JobSearch