Aparıcı mühasib

  • Azbadam MMC
  • Elanın qoyulma tarixi: 24.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkət daxili mühasibat uçotunu aparmaq. Ayın bağlanması.
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • İdxal və ixrac ilə bağlı əməliyyatların icrası.
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması və hərəkəti
  • 1C ERP sistemində operativ uçotun aparılması
  • Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
  • Vergi ödənişlərinə nəzarət etmək; vergi bəyannamələrini yığmaq;
  • Daxili nəzarətin həyata keçirilməsi
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları təqdim etmək;
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
  • Aylıq, rüblük və illik hesabatlarının hazırlanması və təqdim edilməsi 
  • Anbar hərəkətliliyinə nəzarət. Əsas vəsaitlər və mal-material uçotunun aparılması və nəzarəti. Mütəmadi daxili anbar sayımlarının, inventarizasiyaların təşkil edilməsi.
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi;

Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
  • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi