Azbadam MMC


AzBadam MMC olaraq hazırladığımız Badam Bağları dünya üzərində nadir hesab edilən 4 növ Badam ağacları ilə təmin edilir. Quarra, Avijor, Belona və Soleta növləri İspaniyadan gətirilir. Bu ağacların məhsulu olan Badamlar digər növlərə görə daha zəngin tərkiblərə malik olurlar. 25-35 % Zülal, 13% Karbohidrat və 40-60% Yağ dəyərləri ilə daha zəngin məhsul hesab edilir.

Badam Bağlarımız Bakı şəhərinin Qala ərazisində 268 Hektar, Bilgəhdə isə 192 Hektar ərazini əhatə edir. Qeyd edək ki, bu ərazilər xüsusilə seçilib və bağçılıq üçün zəngin olan münbit torpaq örtüyünə malikdir. Həmçinin xüsusi suvarma texnikaları ilə ağac və bağlarımız mümkün qədər çox su ilə təmin edilir.Planlarımız çərçivəsində sonrakı illərdə Badam Bağlarımızın sahəsini genişləyəcək, daha fərqli ərazilər və digər rayonlarda belə bağlarımız olacaqdır. Yüksək dərəcəli aqrotexniki dəstək hesabına 130 il ömrü olan bu ağaclardan ibarət olan Badam Bağlarımız Azərbaycanın həm öz yerli bazarına, həm də xarici bazarlara ixrac etməsi üçün məhsullar verəcəkdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?