Marketinq üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • Sektor üzrə məhsul spesifikasiyasına uyğun həm daxili həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları,hesabatların, satış və marketinq strategiyasının hazırlanması
  • Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi
  • Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyacları, alış vərdişlərinin analizinin və hesabatın hazırlanması
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak,
  • Şirkətin PR (CSM), Reklam, CSR siyasətinin, CRM sisteminin hazırlanması, bu sahədə işlərin koordinasiyası və icrasının həyata keçirilməsi
  • Press-relizlərin və digər lazımi mətnlərin yazılması;
  • Audiovizual məhsulların hazırlanmasında iştirak, bu işlər üzrə fəaliyyət göstərən komandanın idarə edilməsi;
  • Çap reklam materiallarının mətnlərinin yazılması və vizuallaşdırılmasında iştirak;
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Sosial medi hesabları və rəsmi sayt üçün kontentlərin hazırlanması;
  • Sosial media hesablarının idarə edilməsi;

Tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi ( FMCG sahəsi üzrə üstünlükdür )
  • Təhsili: Ali təhsil (Biznes, Marketinq, İqtisadiyyat, İdarəetmə, və digər əlaqəli sahələrdə);
  • MS Office proqramları – yaxşı səviyyədə (Word, Excel, PowerPoint, Outlook);
  • Azərbaycan, Rus və İngilis dili biliklərinin olması
  • Problem həll etmə bacarığı;
  • Analitika bacarığı;
  • Təqdimat bacarığı;