Anbardar (İstehsalat sahəsi)

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Zavoda daxil olan xammalın qəbulu, yoxlanılması və sistemə (1C və ya daxili proqram) uçotunun aparılması
  • İstehsalat üçün tələb olunan xammalın qeyd olunan tələblərə əsasən buraxılması və uçota alınması
  • İstehsalatdan çıxan məhsulların tam uçotu, qalıqların dəqiqləşdirilməsi və sistemə işlənməsi
  • Anbar daxilində məhsulların düzgün yerləşdirilməsi, kateqoriyalara görə təsnifatlandırılması
  • Günlük, həftəlik və aylıq anbar sayımının aparılması və hesabatların hazırlanması
  • İstehsalat müdiri və satınalma şöbəsi ilə koordinasiyalı şəkildə işləmək
  • Anbar hərəkətlərinə dair daxili sənədləşmə: təhvil-təslim aktları, tələbnamələr, çıxarışlar
  • Xammal və hazır məhsul qalıqlarının dəqiqliyinə nəzarət etmək
  • Anbarın səliqəli və təhlükəsizlik qaydalarına uyğun idarə olunmasını təmin etmək

Tələblər:

  • Minimum orta təhsil (ali təhsil üstünlükdür)
  • Anbardar və ya istehsalat sahəsində anbar uçotu üzrə ən azı 2 il təcrübə
  • 1C və ya başqa anbar/mühasibat proqramlarında işləmə bacarığı
  • Xammal uçotu, istehsalata buraxılış və istehsaldan çıxış prosesləri haqqında məlumat
  • Yüksək məsuliyyət, dəqiqlik və rəqəmlərlə işləmə bacarığı
  • Fiziki dözümlülük və operativlik
  • Komanda ilə işləmək bacarığı

Şirkət təklif edir:

  • Stabil və inkişaf yönümlü istehsalat mühitində iş imkanı
  • Aylıq əmək haqqı: Müsahibə nəticəsinə əsasən
  • Rəsmi məşğulluq və əmək müqaviləsi
  • Könüllü Tibbi sığorta paketi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

FlexPro MMC tərəfindən digər vakansiyalar