İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Birbaşa anbardara tabedir və onun tapşırıqlarını yerinə yetirir;
 
	- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
 
	- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
 
	- Anbarda mal və materialın müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək ;
 
	- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
 
	- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
 
	- Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
 
	- İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
 
	- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək
 
	- 6 günlük iş həftəsi, 1-5ci günlər saat 09:00-17:00, şənbə günləri saat 11:00-17:00 kimidir.
 
	- Əmək haqqı: 500 azn
 
	- Ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsi
 
Namizədə tələblər:
	- Yaş: 25 – 45 yaş arası
 
	- Təhsil: Ali təhsil
 
	-  Azərbaycan dilini səlis bilməlidir
 
	-  İş təcrübəsi: Anbardar üzrə 1 ildən 3 ilə qədər təcrübəsi olmalı (1C-də işləməyi bacarmalı)
 
	-  MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
 
	-  Komandada işləmək bacarığı;
 
	-  Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
 
	-  İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
 
Qeyd: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “anbardar köməkçisi” yazmaqla göndərmələri xahiş olunur.
Email: [email protected]