HoReCa kanalında satışın inkişafı üzrə menecer

İşin təsviri

İş şəraiti: 

Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma, avtomobil və s.).

İş qrafiki: 08:00-17:00, 5 gün

Ünvan: Xırdalan ş., Şamaxı şosesi. 

Əsas vəzifə öhdəlikləri:

  • HoReCa kanalında Şirkətin məhsullarının təbliği;
  • Əsas müştərilərlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və dəstəklənməsi; 
  • Nazarın vəziyyətinin təhlili, yeni müştərilərin axtarışı, müqavilələrin bağlanması;
  • Ayrı-ayrı ticarət nöqtələrinin fəaliyyətinə nəzarət hissəsində bütün bəndlərə əməl olunması; 
  • RTM müəyyən edilməsi: strategiyanın hazırlanması və tətbiq olunması, distribusiya strukturunun optimallaşdırılması; 
  • P&L əsasında distribüterlərin mənfəətliliyinin qiymətləndirilməsi; 
  • Distribusiya strukturunun optimallaşdırılması, distribüterlərin qiymətləndirilməsi meyarlarının hazırlanması və aktual saxlanılması;
  • HoReCa kanalında müştərilərlə danışıqların aparılması, distribüter və müştərilər arasında kompensasiya və ödənişlər üçün bütün sənədlərin təqdim olunması, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət; 
  • Təhkim olunan kanallarda və müştərilər tərəfindən Şirkətin ticarət avadanlığının istifadəsinə və salamatlığına nəzarət;
  • Şirkətlə bilavasitə kredit şərtləri ilə işləyən müştərilərin ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə nəzarət;
  • Ünvanlı proqramların, ticarət və istehlak promo tədbirlərinin təşkili, onların həyata keçirilməsinə nəzarət

Namizədlərə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan və rus dili bilikləri sərbəst səviyyədə; ingilis dili bilikləri – Intermediate səviyyəsindən yuxarı
  • Təşkilati bacarıqlar və mükəmməl ünsiyyət bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Təcrübəli MS Office istifadəçisi

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.

https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/

İşəgötürənin reytinqi