Baş mühasib

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 03.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması; 
  • Aylıq və rüblük hesabatların tərtib edilməsi;
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının, ƏDV hesabatının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyanın hesablanması;
  • Balans, avans hesabatının aparılmasının təmin edilməsi;
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
  • İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi

Namizədə dair digər tələblər:

  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Tikinti mühasibatlığında 5 ildən, müvafiq sahədə 15 ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
  • Vergi Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
  • Elektron hökümət portalı ilə işləmə qabiliyyəti.

Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq.

CV və tövsiyyə məktublarınızı "baş mühasib " başlığı ilə göndərməyiniz xahiş olunur. 

Email: [email protected]

İşəgötürənin reytinqi