ArchiCO -


    ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.

    Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 il ərzində özümüzü operativ, yenilikçi və Sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti Şirkətlərindən birinə çevrilmişdir.

    Hal hazırda Şirkətimizdə 2 mindən artıq insan çalışır. İşə münasibətimiz, hər zaman novator ideyaların tədbiqi, əməkdaşlarımıza olan münasibət və bu kimi digər faktorlar ArchiCO-nu beynəlxalq Şirkətlərdə təcrübəsi olan mütəxəssislər üçün də cəlbedici etmişdir.

    Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir, idarəetmə sistemimizi beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

    Geniş tərkibli inşaat sektorunun istənilən sahəsində böyük təcrübə toplamışıq. Son bir neçə ildə onlarla yaşayış və sənaye binalarının tikintisi və yenidən qurulması işləri, alt yapı layihələri, infrastruktur layihələri işlənmiş və müvəffəqiyyətlə tamamlanmışdır.

    Qarşımıza qoyduğumuz hər məqsədə gənc və peşəkar komandamızın səyləri ilə çatmışıq. Gələcək məqsədlərimiz isə dahada böyümək, ölkə hüdudlarını aşaraq inşaat sektorunda bir Azərbaycan brendini dünyaya tanıtmaqdır