Satınalma üzrə təcrübəçi

  • Azərşəkər MMC
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə ilə bağlı biliklər:

  • Satınalma sənədlərinin hazırlanmasına dəstək olmaq;
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasında dəstək olmaq;
  • Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamasına dəstək olmaq;
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək;

Namizədə tələlər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
  • Kompüter biliyi: Microsoft Office proqramlarında ilkin işləmə bacarığıı;
  • Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
  • Mükəmməl ünsiyyət və danışıq bacarıqları;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)

Əlavə məlumat:

  • İş yeri: BEGOC Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Son tarix: 10 avqust, 2022-ci il.

Maraqlanan şəxslər öz CV formalarını "Satınalma üzrə təcrübəçi" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər. 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Email: [email protected]