Kiçik hüquq məsləhətçisi

  • Azərşəkər MMC
  • Elanın qoyulma tarixi: 13.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisədaxili sənədlərin, eləcə də üçüncü şəxslər tərəfindən təqdim olunan, göndərilən sənədlərin hüquqi ekspertizasını aparmaq, onlara dair hüquqi rəy vermək və zəruri hüquqi düzəlişlər aparmaq;
  • Bağlanması nəzərdə tutulan mülki müqavilə layihələrini hazırlamaq, üçüncü şəxslər tərəfindən təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirimək, müvafiq rəy vermək və zəruri hüquqi düzəlişlər aparmaq, təkliflər vermək, zəruri hallarda üçüncü şəxslərin nümayəndələri ilə görüşmək;
  • Üçüncü şəxslərlə, o cümlədən dövlət və qeyri-dövlət orqanları, fiziki və hüquqi şəxslərlə hüquqi məsələlərin həlli ilə bağlı danışıqlar aparmaq və zəruri hallarda onların nümayəndələri ilə görüşmək;
  • Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və direktorun yazılı və şifahi tapşırıqlarını rəhbər tutmaq;
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı görülməsi zəruri olan tədbirlər barədə təklif irəli sürmək;

Tələblər:

  • Ali təhsil (Hüquqşünas ixtisası üzrə ali təhsil);
  • Hüquq məsləhətçisi sahəsində iş təcrübəsi - 1 ildən artıq;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
  • 1 C 8.3, Ms Office (Outlook, MS Word, Excel) proqramlarını bilməsi arzu olunandır;

Şəxsi keyfiyyətlər:

  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
  • Stress altında işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş yeri: BEGOC Plaza

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı: razılaşma yolu ilə

Maraqlanan şəxslər öz CV formalarını " Kiçik hüquq məsləhətçisi " başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.