Direktor Assistenti

  • Azərşəkər MMC
  • Elanın qoyulma tarixi: 27.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə ilə bağlı biliklər:

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
  • Hesabatları, sənədləri və təqdimatları yazmaq, formatlaşdırmaq və redaktə etmək.
  • Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması.
  • Daxili şöbələrlə əlaqə saxlamaq, zənglərə cavab vermək və iş səyahətlərini təşkil etmək.
  • İdarə heyətinin adından daxili və xarici yazışmaları idarə etmək.
  • Görüşləri planlaşdırmaq, tədbirlər təqvimini nəzarətdə saxlamaq və xatırlatmalar göndərmək.
  • Sənədlərin surətinin çıxarılması, skan edilməsi və fakslanması, həmçinin qeydlərin aparılması.
  • Tələb olunarsa, planlaşdırılan tədbirlər üçün iclas zalını rezervasiya etmək.
  • Ofis ləvazimatlarının sifarişi və dəyişdirilməsi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi.
  • Ən yaxşı biznes iş təcrübəsinə və etiket qaydalarına riayət etmək.

Namizədə tələlər:

  • Təhsil: ali ixtisas təhsili (Katiblik, ofis idarəçiliyi və ya əlaqəli təlimlərdə sertifikat arzuolunandır);
  • Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Kompüter biliyi: MS Word, Excel və PowerPoint kimi ofis proqramlarından istifadə etmək bacarığı;
  • Daxili və xarici yazışmaları idarə etmək bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Əla yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları;
  • Dil biliyi: Azərbaycan və Rus dili əla (İngilis dil bilikləri arzuolunandır):

Əlavə məlumat:

  • İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Son tarix: 10 iyul, 2022-ci il.

Maraqlanan şəxslər öz CV formalarını "Direktor Assistenti" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər. 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Email: [email protected]