İş icraçısı

  • Orion O and M
  • Elanın qoyulma tarixi: 24.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-35 yaş aralığında olan kişi namizədlər;
  • Elektrik mühəndisi ixtisası üzrə ali təhsil (mütləqdir);
  • Sahə üzrə ən az 3 il iş stajı; (vacibdir)
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Kompyuter bilikləri: Microsoft office;
  • Alçaq və orta gərginlikli elektrik xətləri, enerji sistemləri və avadanlıqlarla işləmə bacarığı (yüksək gərginlikli sistem və avadanlıqlarla işləmə bacarığı arzu olunandır);
  • Elektrik lahiyələrinin sxemlərini oxuya bilmək;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Məsuliyyətlilik, komanda ilə işləmə bacarıqları, təhlükəsizlik tələblərinə riayət etmək.

Vəzifə öhdəlikləri:

  • Zəif cərəyan kabelləri, naqilləri, avadanlıqları, cihazları və qurğularının, həmçinin onların ləvazimatlarının (bundan sonra "zəif cərəyan sistemləri və onların elementləri" adlandırılacaq) saz, işlək vəziyyətdə olmasına və təhlükəsizliyinə nəzarət etmək;
  • Zəif cərəyan sistemləri və onların elementlərində ölçmə və sınaq cihazları ilə yoxlama-sınaq işlərinin təşkilinə rəhbərlik etmək, həmin işlərin icrasına və nəticələrinə dair yazılı qeydlər aparmaq;
  • Zəif cərəyan sistemləri və onların elementlərində hər hansı nasazlıq və qüsur yarandıqda, nəzarətçi elektriklərin onların təmiri işinə cəlb olunmasını təmin etmək və təmir işinin düzgün icra olunmasına nəzarət etmək, təmirdən sonra yoxlama-sınaq işlərini təşkil etmək və onların nəticələrinə dair yazılı qeydlər aparmaq;
  • Elektrik avadanlıqları, cihazları və qurğularına texniki xidmət göstərmək;
  • Vəzifə təlimatına uyğun olaraq, digər işləri həyata keçirmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük, 09:00 -18:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı razılaşma yolu ilə

Qeyd olunan tələblərə cavab verən namizədlər mövzu hissəsində “iş icraçısı” yazmaqla öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]

Orion O and M tərəfindən digər vakansiyalar