Nəzarətçi elektrik

  • Orion O and M
  • Elanın qoyulma tarixi: 06.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 22-35 yaş aralığında olan kişi namizədlər;
  • Elektrik mantyoru üzrə peşə təhsili və ya sertifikat (sahə üzrə ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə ən azı 1-3 il iş stajı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Alçaq və orta gərginlikli elektrik xətləri, enerji sistemləri və avadanlıqlarla işləmə bacarığı (yüksək gərginlikli sistem və avadanlıqlarla işləmə bacarığı arzu olunandır);
  • Elektrik lahiyələrinin sxemlərini oxuya bilmək;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Məsuliyyətlilik, komanda ilə işləmə bacarıqları, təhlükəsizlik tələblərinə riayət etmək.

Vəzifə öhdəlikləri:

  • Materialların: kabellər, elektrik naqilləri və kabel borularının, eləcə də elektrik və elektron avadanlıqlarının, həmçinin bütün sadalananların hissələri, qurğuları və ləvazimatlarının saz, zədəsiz və işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik sistemlərinin və avadanlıqlarının, elektrik xətlərinin və oxşar elektrik şəbəkələrinin quraşdırılası, sökülməsi, təmiri işlərini icra etmək;
  • Elektrik xətləri, qurğular və ləvazimatlarda hər hansı nasazlıq və qüsur yarandıqda, nasazlığı və qüsuru aradan qaldırmaq, zədələnmiş (nasaz, qüsurlu) hissəni təmir etmək, təmir zamanı təhkim olunduğu mühəndisin və ya iş icraçısının tələbi ilə elektrik xətləri, qurğular və ləvazimatları səliqə ilə demontaj edərək tələblərə uyğun şəkildə yenidən montaj etmək / quraşdırmaq;
  • Elektrik və elektron avadanlıqlara texniki xidmət göstərmək və profilaktik tədbirlər görmək;
  • Təhkim olunduğu mühəndisin və ya iş icraçısının nəzarəti ilə elektrik xətləri, qurğular və ləvazimatlarda ölçmə və sınaq cihazları ilə yoxlama-sınaq işlərini həyata keçirmək;
  • Yuxarıda qeyd olunan funksiyaların yerinə yetirilməsi ilə əlaqədar lazımi iş alətləri və avadanlıqlarından istifadə etmək, istifadə etdiyi materialları, avadanlıqları, qurğuları, cihazları, ləvazimatları, iş alətlərini və s. anbardan təhvil alıb təyinat yerinə daşımaq, istifadə olunmamış materialları, avadanlıqları, qurğuları, cihazları, ləvazimatları və anbardan təhvil aldığı iş alətlərini geri anbara qaytarmaq, eləcə də yerinə yetirdiyi iş prosesində yaranmış tullantıları toplayaraq tullantı qutularına atmaq.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük, 09:00 -18:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı 500-700 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlər mövzu hissəsində “nəzarətçi elektrik” yazmaqla öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Orion O and M tərəfindən digər vakansiyalar