Elektrik mütəxəssisi

  • Orion O and M
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-35 yaş aralığında olan kişi namizədlər;
  • Həqiqi hərbi xidmət öhdəliyi olmayan şəxslər;
  • Təhsil: ali (elektrik mühəndisliyi ixtisası üzrə);
  • İş stajı : müvafiq sahədə ən azı 3-5 il;
  • Dil bilikləri: Azərbaycan və Türk dillərində  səlis danışıq qabiliyyəti, Rus və İngilis dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office,  AutoCAD,  MSProject və MicroStation arzuolunandır;
  • Elektrik çertyojları və sxemlərinin oxunuşu və tətbiqi üzrə biliklər və təcrübə;
  • Elektrik və elektron avadanlıqlar, cihazlar və qurğuların texniki-istismar xarakteristikası, konstruktiv xüsusiyyətləri və texniki  istismarı qaydaları sahəsində biliklər və təcrübə;
  • Elektrik avtomatlaşdırma texnologiyaları sahəsində biliklər və təcrübə;
  • Kommunikasiya və müştəri məmnuniyyətinin təmin edilməsi bacarıqları;
  • Komanda idarəetməsi üzrə bacarıqları;

Vəzifə öhdəlikləri:

  • elektrik və elektron avadanlıqlar, cihazlar və qurğuların saz, zədəsiz və işlək vəziyyətdə olmasına, onların texniki normalar və texniki şərtlərə uyğun qaydada istismarı, həmçinin onlara dövri texniki qulluq göstərilməsi və profilaktik tədbirlər görülməsi işlərinin təşkili;
  • elektrik və elektron avadanlıqlar, cihazlar və qurğulara, ehtiyyat hissələrinə, təmir işlərinə və başqa texniki prosedurlara dair tələbnamələrin hazırlanması;
  • quraşdırma, sınaq və təhvil işlərində, həmçinin texniki həllərin işlənib hazırlanmasında iştirak edilməsi; 
  • tabeçiliyində olan fəhlə heyəti üçün gündəlik funksiyalarının müəyyən edilməsi, onların yerinə yetirilməsinə, əmək intizamı qaydalarına riayət olunmasına, eləcə də materialların qənaətlə istifadəsinə nəzarət edilməsi, görülmüş işlərin uçotunun aparılması;
  • bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq.

İş şərtləri:

  • İş saatları: həftəiçi 09:00-18:00 
  • İstirahət günü: Bazar günü
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 800-1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə həmin müraciətlərə baxılmayacaqdır.

Orion O and M tərəfindən digər vakansiyalar