Marketinq üzrə mütəxəssis

  • ASIA Motors
  • Elanın qoyulma tarixi: 20.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.)
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən
  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan və Rus dilini səlis bilməli, İngilis dilini yaxşı bilməli
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Turizm sahəsində  təcrübə arzuolunandır;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
  • Yaş həddi: 24-35

Vəzifələr:

  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
  • Şirkət üçün çap materiallarının hazırlanması və sifariş olunması (dizayn, çap) ;
  • Potensial müştərilərə təkliflərin göndərilməsi;
  • Marketinq planının hazırlanması və həyata keçirilməsi;
  • Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmə bacarığı;
  • Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsi;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
  • İş yeri: Babək prospekti
  • Karyerada yüksəliş imkanları

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

 

Email: [email protected]