Aparıcı mühasib

  • Metal Yapı
  • Elanın qoyulma tarixi: 17.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsi ) həmçinin 35-45 yaş arası xanım namizədlər CV göndərə bilər
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
  • İngilis və rus dilini əla səviyyədə bilmək
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
  • Milli mühasibat uçotu standartlarını bilmək
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

İş barədə məlumat:

  • Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə - bazar istirahət günləri
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi ( e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək ) 
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi

Əmək haqqı: 1300-1500 azn

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Aparıcı mühasib” sözləri qeyd edilməlidir). 

Email: [email protected]

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .