Mühasib operator

  • Metal Yapı
  • Elanın qoyulma tarixi: 28.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Təsviri:

  • Bank və kassa ödənişlərinin həyata keçirilməsi, 
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
  • Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
  • Mühasib tərəfindən icra olunan əməliyyatlara köməklik göstərilməsi

Namizədə Tələblər:

  •  Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
  • Mühasibatlıq üzrə azı 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsinə üstünlük verilir )
  • Qeyd:Xüsusilə türk dilini mühasibatlıq sahəsində yaxşı səviyyədə bilən namizəd tələb olunur (Rus və ingilis dili biliyi üstünlükdür)
  • Yaş həddi: 25-35
  • Xanım namizəd
  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə)
  • BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək , E-taxes,e-gov,e-sosial və digər portallardan istifadə etmək bacarığı
  • MS Office proqramlarında işləmək bacarığı (Xüsusilə - Excel )
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
  • Qeyd:SAP proqrami üzrə biliyi olan namizədə üstünlük verilir
  • Məsuliyyətli və işində dəqiq, riyazi hesablama aparma ,analitik düşüncə, ünsiyyət bacarığı, çeviklik kimi qabiliyyətlər önəmlidir

İş rejimi:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
  • Saat : 09:00-dan -18:00-dək
  • Nahar vaxtı 12:30-13:30

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Mühasib Operator” sözləri qeyd edilməlidir).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .

Email: [email protected]