İşin təsviri
İş Təsviri:
- Bank və kassa ödənişlərinin həyata keçirilməsi,
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Mühasib tərəfindən icra olunan əməliyyatlara köməklik göstərilməsi
Namizədə Tələblər:
- Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
- Mühasibatlıq üzrə azı 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsinə üstünlük verilir )
- Qeyd:Xüsusilə türk dilini mühasibatlıq sahəsində yaxşı səviyyədə bilən namizəd tələb olunur (Rus və ingilis dili biliyi üstünlükdür)
- Yaş həddi: 25-35
- Xanım namizəd
- Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə)
- BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək , E-taxes,e-gov,e-sosial və digər portallardan istifadə etmək bacarığı
- MS Office proqramlarında işləmək bacarığı (Xüsusilə - Excel )
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
- Qeyd:SAP proqrami üzrə biliyi olan namizədə üstünlük verilir
- Məsuliyyətli və işində dəqiq, riyazi hesablama aparma ,analitik düşüncə, ünsiyyət bacarığı, çeviklik kimi qabiliyyətlər önəmlidir
İş rejimi:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
- Saat : 09:00-dan -18:00-dək
- Nahar vaxtı 12:30-13:30
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Mühasib Operator” sözləri qeyd edilməlidir).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .
Email: [email protected]