Subroqasiya şöbəsinin Hüquqşünası

  • AtaSığorta ASC
  • Elanın qoyulma tarixi: 14.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
  • Sığorta hadisələri ilə bağlı müvafiq qurumlara, idarə və təşkilatlara sorğu, şikayət və müraciətlərin hazırlanması;
  • Subroqasiya hallarının qeydiyyatının aparılması;
  • Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
  • İddia ərizələrinin, Apellyasiya və Kassasiya şikayətlərinin hazırlanması;
  • Rəhbərliyin fəaliyyət sahəsi üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: Ali hüquq 
  • Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır.
  • Kompüter bilikləri: MS Office - əla
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı

 

Əmək haqqı: 500 AZN
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 01.08.2022-ci il tarixədək elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər.

Email: [email protected]