Təcrübə proqramı

  • AtaSığorta ASC
  • Elanın qoyulma tarixi: 22.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin zənglər vasitəsilə müştərilərə təqdim olunması;   
  • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət, tarif dərəcəsi və sığorta şərtlərini əldə etmək üçün müraciətçi haqqında tələb olunan məlumatların Anderraytinq Şöbəsinə vaxtında təqdim edilməsi;                                                                                                    
  • Sığorta Şəhadətnaməsinin hazırlanması və çatdırılması üçün müvafiq məlumatın Anderraytinq Şöbəsinə göndərilməsinin təmin edilməsi;                                                                           
  • Fərdi və korporativ müştərilərinə xidmət, müştəri tələbatına uyğun olaraq icbari sığorta növləri üzrə şəhadətnamələrin buraxılması;
  • Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər məlumatları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;                                                                                                       

Biliklər:

  • Ali və ya natamam ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq, Rus və İngilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;

Təcrübə:

  • Sığorta və ya satış sahəsində minimum 1 il iş təcrübəsi və ya təcrübəsiz;

Bacarıqlar:

  • Səlis nitq, fikri aydın izah etmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Problem həll etmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.08.2024-cü il tarixədək elektron ünvanına (mövzu hissəsində “Təcrübə” qeyd olunmalıdır) göndərə bilərlər.