Subroqasiya şöbəsinin hüquqşünası

  • AtaSığorta ASC
  • Elanın qoyulma tarixi: 13.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
  • Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
  • Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
  • Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
  • Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi  müdafiə etmək; 
  • Sığorta hadisələri ilə bağlı müvafiq qurumlara, idarə və təşkilatlara sorğu, şikayət və  müraciətləri hazırlamaq;
  • Sığorta hadisələri ilə bağlı Cəmiyyətə daxil olan  şikayət,  ərizə  və müraciətləri araşdırmaq, qanunvericiliyə müvafiq cavab hazırlamaq;
  • Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsinə hüquqi yardım göstərmək.
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Ali hüquq təhsili mütləqdir;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı.

Təcrübə:

  • İxtisas üzrə 1 ilədək iş təcrübəsi 

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • İş saatı: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur. 
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini elektron poçt ünvanına (mövzu hissəsində “Subroqasiya şöbəsinin hüquqşünası” qeyd olunmalıdır) göndərə bilərlər.