Aparıcı Satış Təmsilçisi (Ev Əşyaları)

İşin təsviri

Sinteks Şirkətlər qrupuna hal hazırda Aparıcı Satış Təmsilçisi (Ev əşyaları) tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satışı həyata keçirmək və təhkim olunmuş əməkdaşlara satış texnikasını öyrətməkdir. 

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
  • Xüsusi müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
  • Satış zamanı  yüksək müştəri xidmətini təmin edir və yaranan problemləri həll edir
  • “Total look” satışlarının ideyasını tətbiq edir
  • Satış təmsiliçiləri və kiçik satış təmsilçilərinə satış texnikasının mənimsənilməsində köməklik göstərir
  • Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
  • Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
  • Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır

Əsas tələblər: 

Təhsil:

  • Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır

Təcrübə:

  • Ev əşyaları satışı üzrə 3 il iş təcrübəsi

Professional Biliklər:

  • Müştəri xidməti
  • Satış texnikası
  • MS Office Proqramları

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Ünsiyyət bacarığı
  • Problem həll etmə
  • Məsuliyyət
  • Satış bacarıqları
  • Zamanın idarəolunması
  • Məqsəd yönlük
  • Stressə davamlılıq.

Əmək haqqı 900 AZN + Bonus.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Satış Təmsilçisi (Ev əşyaları)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Email: [email protected]

İşəgötürənin reytinqi