VRV Sistemləri üzrə satış meneceri

  • Smarton MMC
  • Elanın qoyulma tarixi: 14.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Distribyutoru olduğumuz kondisioner sistemlərinin satışının həyata keçirilməsi
  • Müştəri müraciətlərinə uyğun kommersiya təkliflərinin hazırlanması
  • Mövcud olan böyük layihələrin təsbiti və təklifin hazırlanması
  • Yeni müştərilərin tapılması
  • Montaj işlərinə nəzarət üçün sahənin yoxlanılması
  • Müvafiq sahədə seminarların və təlimlərin təşkilinə dəstək
  • Distribyutor olduğumuz markaların satış hesabatının həftəlik və aylıq hazırlanması

Namizədə qarşı tələblər:

  • Çiller, fankoyl, havalandırma və isitmə sistemləri üzrə texniki biliklərin olması
  • Layihələrlə işləmə qabiliyyətli
  • Avadanlıqlara məxsus sənədlərlə işləmə qabiliyyəti
  • Müştəri bazasına sahib
  • Ali texniki təhsilli
  • Azərbaycan dili səlis, ingilis dili “intermediate”
  • Iş təcrübəsi azı 3 il (eyni və ya oxşar sahədə) 

Şərtlər:

  • AR ƏM uyğun rəsmiləşdirmə və 3 aylıq sınaq müddətindən sonra tibbi sığorta ilə təminat
  • Əmək haqqı: Əsas hissə 1200 manat və satışdan əlavə mükafat
  • İş qrafiki: 10:00-19:00, həftədə 5 gün

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi ingilis dilində tərtib edərək elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Email: [email protected]