Tibbi satış təmsilçisi

  • Orzax
  • Elanın qoyulma tarixi: 15.12.2025

İşin təsviri

İş barədə məlumat

  • Dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən ‘’Orzax’’ şirkəti aptek və ya həkim komandasına ‘’Tibbi satış təmsilçisi’’ vakansiyası üzrə namizədlər axtarır
  • Satış və marketinq strategiyasına uyğun olaraq, təyin olunmuş sahələrdə şirkət məhsullarının bazar fəaliyyətlərini təşkil etmək
  • Şirkətə aid konfransların, seminarların və bu kimi tədbirlərin təşkilində aktiv iştirak etmək
  • Aylıq və rüblük iş planının hazırlanması üçün toplantılarda iştirak etmək

İş şəraiti

  • Əmək haqqı 1200-1400 AZN (iş təcrübəsindən və potensialdan asılı olaraq)
  • İş qrafiki: həftənin 5 iş günü; 09:00-dan - 18:00-dək
  • Əmək haqqı: maaş + bonus + yol xərcləri (benzin kartı)+yemək kartı + telefon xərcləri
  • Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə

Namizədə tələblər

  • Bəy və xanım namizədlər
  • 27-35 yaş arası namizədlər arasında seçim olacaqdır
  • Satış qabiliyyətinə güvənən biri
  • Özgüvənli, səlis nitqə malik və baxımlı
  • Analitik və vaxtı idarə etmə qabiliyyətinə malik
  • Problemə həll yönümlü yanaşa bilən
  • Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti
  • Karyerasında yüksəlməyə maraqlı olan
  • Avtomobili olan namizədlərə üstünlük verilir (Avtomobil xərcləri qarşılanacaq)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.