Məhsul Meneceri (Product Manager)

  • Orzax
  • Elanın qoyulma tarixi: 30.10.2025

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5/7 (09:00 – 18:00)
  • Maaş: 1400 – 2 200 AZN
  • Yaş aralığı: 30 – 45 yaş
  • Namizəd: Xanım və ya bəy

Vəzifənin məqsədi:

Məhsul Meneceri şirkətin təmsil etdiyi markaların (Orzax, Ocean və s.) elmi, kommersiya və strateji idarəçiliyini həyata keçirir.
Əsas məqsəd – məhsulun bazar payını artırmaq, satış potensialını gücləndirmək, brend mövqeyini möhkəmləndirmək və satış komandalarına strateji dəstək göstərməkdir.

Əsas vəzifə və məsuliyyətlər:

  • Şirkətin strategiyasına uyğun məhsul və brendlər üçün illik marketinq planı və büdcə hazırlamaq;
  • Qısa və uzunmüddətli marketinq strategiyalarını formalaşdırmaq və həyata keçirmək;
  • Mövcud və yeni məhsullar üzrə bazar və rəqib analizləri, SWOT təhlilləri aparmaq;
  • Yeni məhsulların bazara çıxarılması (launch) prosesini idarə etmək və satış dəstək materiallarını hazırlamaq;
  • Satış və marketinq şöbələri ilə birlikdə reklam, PR və kampaniya fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək;
  • Həkimlər və eczacılar üçün elmi təqdimatlar, konfranslar və təlimlərin təşkili;
  • Məhsulların elmi və kommersiya dildə təqdim edilməsini təmin etmək, təqdimat fayllarını hazırlamaq;
  • Satış performansını izləmək, aylıq və rüblük hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Xarici tərəfdaşlarla (istehsalçı və distribyutorlarla) əlaqə saxlamaq, məhsulun strateji istiqamətini uyğunlaşdırmaq;
  • Satış komandası üçün elmi, analitik və marketinq dəstək materialları hazırlamaq (briefing, sales kits, training və s.);
  • Bütün fəaliyyətlərin mövcud qanunvericilik və şirkət etik standartlarına uyğun icrasını təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Ali (Əczaçılıq, Biologiya, Tibb, Kimya, Marketinq və ya İqtisadiyyat üzrə)
  • Ən azı 3–5 il dərman, BAQM və ya nutrasevtik sektorda Product Manager vəzifəsində təcrübə;
  • Bazar və rəqib analizi, qiymət formalaşdırma və brend mövqelənməsi sahəsində praktiki bacarıq;
  • Excel, PowerPoint, CRM və analitik proqramlarda yüksək səviyyəli bilik;
  • Elmi məlumatı kommersiya dilinə uyğunlaşdırma və təqdimetmə bacarığı;
  • Azərbaycan və Türk dillərində səlis, İngilis dilində yaxşı səviyyə;
  • Güclü strateji düşüncə, analitik yanaşma və nəticəyönümlü iş tərzi;
  • Komandada işləmə və təşəbbüskar qərarvermə qabiliyyəti;
  • Səyahət maneəsi olmayan, aktiv idarəetmə bacarığı olan şəxs.

Şirkət təklif edir:

  • Beynəlxalq səviyyədə tanınan markalarla (Orzax, Ocean və s.) birbaşa işləmək imkanı;
  • İllik performans dəyərləndirməsinə əsasən bonus və motivasiya sistemi;
  • Yerli və beynəlxalq təlimlərdə, konfrans və seminar iştiraklarında dəstək;
  • Şirkət tərəfindən təmin edilən nahar və korporativ tədbirlər;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və rəhbər vəzifələrə yüksəlmə perspektivi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.