Rəqəmsal Marketinq Meneceri

  • Orzax
  • Elanın qoyulma tarixi: 24.10.2025

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Onlayn satış platformasının təkmilləşdirilməsi;
  • Sosial media və digər digital kanalların idarə edilməsi;
  • Post və kontent planın yazılması 
  • Reklam strategiyasının hazırlanması 
  • Büdcə strategiyasının hazırlanması 
  • İnfluencer marketinq;
  • Kampaniya performanslarının izlənməsi və analitik hesabatların hazırlanması;
  • Məzmun marketinqi strategiyalarının tərtib edilməsi və reallaşdırılması;
  • Google Analytics, Facebook Ads Manager, Google Ads və digər rəqəmsal platformaların effektiv istifadəsi;
  • Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi
  • Aylıq hesabatların hazırlanması 
  • Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi)

Tələblər:

  • Ali təhsil
  • Təcrübə sahə üzrə 1-3 il 
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə
  • Yeni məlumatları tez qavrama, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı; 
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskar və yaradıcı
  • Kreativ, komanda ilə iş bacarığı
  • Stressə davamlı olmalı
  • Dil biliyi: İngilis dili, Türk dili

İş şəraiti:

  • Əməkhaqqı: 1000-1400 Azn təcrübəyə əsasən +bonus 
  • Ünvan: Bəşir Bünyadov 12 (Ədiloğlu iş binası)
  • Nahar şirkət tərəfindən verilir. 
  • Korporativ mobil nömrə verilir 

Maraqlanan, xanım və bəy namizədlər “Rəqəmsal Marketinq Meneceri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına cv müraciətlərini edə bilərlər.

Orzax tərəfindən digər vakansiyalar