Məhsul sahibi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 13.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Lean Startup məhsulyaratma yanaşması əsasında bazarın tələbi və müştəri ehtiyaclarını davamlı təhlil etməklə yeni məhsul ideyalarını formalaşdırması;
  • Müştəri ehtiyacları və problemlərinin həllinə yönəlik məhsulun dizaynı, hazırlanması, təqdim olunması və müştəri rəyləri əsasında təkmilləşdirməsi;
  • İnvestisiya bazarını, alətlərini, bazarın iştirakçıları və müştərilərin davranışlarının fundamental anlayışı, müştəriyönümlü həllərin hazırlanması;
  • Mövcud məhsulların şərtləri, qaydaları, prosesləri və proqram təminatında aparılmış təhlil və araşdırmalar əsasında təkmilləşdirmələrin aparılması;
  • Mövcud və yeni məhsulların müştərilərə çatdırılması üçün mövcud və alternativ satış kanallarının müəyyən edilməsi, danışıqların aparılması və əməkdaşlığın təmin edilməsi;
  • Sığorta bazarında yeniliklərin, fintech həllərinin, know-how-ların izlənməsi, analizi və işdə effektiv tətbiqinin təmin edilməsi;
  • Çalışdığı işçi qrupuna (SQUAD) işlərin siyahısının (backlog), əhəmiyyətinin və prioritetlərin doğru şəkildə çatdırılması və davamlı yenilənməsi;
  • Məhsul və proseslər üzrə biznes modelin qurulması, iqtisadi təhlilin aparılması və birbaşa rəhbəri ilə razılaşdırması;
  • Məhsul və proseslər üzrə tələbləri əsas tərəfdaşları ilə razılaşdırmaqla işçi qrupuna düzgün çatdırılması və keyfiyyətli icrasının təmin edilməsi;

Üstünlükləri:

  • Məlumatları toplamaq və təhlil etmək bacarığı, analitik düşüncə
  • Sahibkar düşüncə tərzi, işgüzarlıq və görülən işlərin biznes effektini ölçmək bacarığı
  • Ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün təqdim edilməsi bacarığı
  • Proses və qaydaları təhlil edib təkmilləşdirmə bacarığı

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə, İnvestisiya, Marketing, Satış və ya Strategiya sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə və mühasibatlılıq, İqtisadiyyat və idarəetmə, İT, Riyaziyyat və Kibirnatika ixtisasları üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Analitik məntiq, tənqidi yanaşma, nəticəyönümlülük, müştəriyönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, innovativlik, öz üzərində daima işləmək, liderlik qabiliyyəti, əlagəli tərəflərlə münasibətlərin idarəetmə bacarığı, vision ötürülməsi, təşəbbüskarlıq və yenilikçilik

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 28 iyul 2022

İşəgötürənin reytinqi