Kredit mütəxəssisi (Gəncə)

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 07.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri Gəncə şəhərində BOKT AzKredit ASC-nin Gəncə nümayəndəliyində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq;
  • Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək;
  • Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
  • Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil ;
  • Mikrokreditlərin verilməsi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Namizədlər sürücülük vəsiqəsinə sahib olmalıdır. Şəxsi avtomobili olanlara üstünlük verilir.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 08 avqust 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində “Kredit mütəxəssisi (Gəncə)” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]