İnzibati işlər üzrə mütəxəssis

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 23.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Gəncə şəhəri

 Əsas vəzifə və öhdəlikləri:

  • Rəhbər tərəfindən verilən tapşırıqların icra edilməsi;
  • Təşkilatdaxili və təşkilatxarici telefon və digər telekommunikasiya əlaqələrinin qurulmasını təmin etmək;
  • Telefon zənglərini cavablandırmaq, ehtiyac olduqda aidiyyatı şəxslərə yönləndirmək;
  • Kredit sənədlərinin hazırlanması və müvafiq proqrama işlənilməsi;
  • Sənədlərin surətinin çıxarılmasında, skan edilməsində digər işçilrər texniki dəstək göstərmək;
  • Nümayəndəlik ilə bağlı sənədlərin, məlumatların aidiyyatı şəxslərə elektron və ya poçt xidməti ilə çatdırılmasının təmin edilməsi;
  • Təşkilatın fəaliyyətinin təmin olunmasında iştirak edən bütün sənədlərin qovluqlarda yerləşdirilməsinin təmin edilməsi;
  • Daxil olan sənədlərin müvafiq işçilərə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil 
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 23 yanvar 2025-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Nümunə: İnzibati işlər üzrə mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.