İşin təsviri
İş barədə məlumat:
- Bölgələrdə yerləşən yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışı həyata keçirmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq,təyin edilmiş hədəflərə çatmaq;
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Satışın stimullaşdırılması üçün təkliflər vermək;
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
- Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Əmək haqqı 700-2000 AZN(artan fix maaş+ satışa bağlı faiz)
- Yanacaq ,amortizasiya, ezamiyyət xərclərinin şirkət tərəfindən ödənilməsi;
Namizədə tələblər:
- Şəxsi avtomobil mütləq olmalıdır;
- Sürücülük vəsiqəsi;
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
- Komandada və stres altında işləmək bacarığı;
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
- Ali təhsil;
- Yaş həddi 25-40 arası;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Öz üzərində işləyən, inkişafa meyilli;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satışın analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı;
- Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək;
Tələblərə uğun namizədlər mövzu yerində “satış təmsilçisi (bölgələr, rayonlar üzrə)” yazmaqla öz CV-lərini bilərlər.