Audit şöbəsinin müdiri

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
  • Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
  • İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
  • Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
  • Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
  • Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
  • Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
  • Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;

Tələblər: 

  • Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
  • Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
  • Yaş həddi 30-45 
  • Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə peşəkar səviyyədə biliklər

Əlavə məlumat:

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • Əmək haqqı: 1800 -2000  AZN 
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
  • Əlaqə nömrəsi:  (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07

Maraqlanan namizədlərdən mövzu sətrində “Audit şöbə müdiri” qeyd etməklə CV ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi