Smeta üzrə mühəndis

  • Qala Group
  • Elanın qoyulma tarixi: 04.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Maliyyə-smeta sənədlərini hazırlayır;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə  aktlar hazırlayır;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir;

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Texniki sahədə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office,  AutoCAD bilikləri;
  • İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;

Namizədlərdən şəkilli CV-lərini “Smeta üzrə mühəndis” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

İşəgötürənin reytinqi