SPA Mərkəzinə Nəzarətçi

  • MOGAN Hotel
  • Elanın qoyulma tarixi: 04.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Spa Mərkəzinin əməkdaşlarının müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmələrini təmin etmək.
  • Müəyyən edilmiş əməliyyat konsepsiyası bəyanatına müvafiq olaraq daim nəzakətli, peşəkar, effektiv və çevik xidmətləri təmin etməklə, şöbənin səmərəli şəkildə idarə edilməsini təmin etmək.
  • Qiymət strukturu və mövcud kampaniya qiymətlərini anlamaq.
  • SPA mərkəzinin bütün işçilərinin hər zaman punktual qaydada müvafiq uniforma geyinmələri, xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları qoruyub saxlamaları və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmələrini təmin etmək.
  • Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün informasiya mübadiləsi prosesini düzgün qurmaq və növbəni vaxtında qəbul etmək.

Namizəddə tələblər:

  • Xarici dil biliyi (rus, ingilis orta səviyyədə) 
  • Bu sahədə minimum 2 il iş təcrübəsi
  • Xarici görünüşünə və səliqəsinə diqqət 
  • Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq
  • Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı
  • Komanda da işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermə
  • Şirkət daxili qaydalara riayət etmək
  • Kütlə ilə işləmək bacarığı

İş şəraiti:

  • 5 günlük 2 növbəli iş qrafiki – həftə içi 2 gün istirahət
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə
  • Əmək haqqı: 750 AZN 
  • Nahar şirkət tərəfindən verilir
  • Ünvan; Mogan Hotel, İnşaatçılar prospekti 12

 

Email: [email protected]