Qonaqların qəbulu və qeydiyyat şöbəsinin kuryeri (Bellboy)

  • MOGAN Hotel
  • Elanın qoyulma tarixi: 28.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Standartlara uyğun qaydada qonaqların mehribancasına salamlanması və qonaq məmnuniyyətinə nail olmaq üçün yüklərinin otaqlarınadək səmərəli və cəld şəkildə daşınması. 
  • Qonaqların məmnuyyəti üçün onlar otelə çatdıqda maşının qapısının qonaqlar üçün açılması, qonaqlara yüklərinin daşınması ilə bağlı yardım etməklə onları otelə vaxtında və ən düzgün şəkildə gətirmək. 
  • Taksi sifarişi, istiqamətləndirmə, qonaqların düzgün əməkdaşa yönəldilməsi də daxil olmaqla qonaq istəklərinin mədəni və səmərəli şəkildə yerinə yetirlməsi.   
  • Otelin əsas girişinin təmizliyinə və səliqəliliyinə nəzarət etmək və lazım gəldikdə müvafiq tədbirlər görmək. 
  • Qonaqların otaqlarınadək müşayiət edilməsi. İlk dəfə gələn qonaqlar üçün otelin xidmətlərini izah etmək. Otaqdakı avadanlıqların işləmə prinsiplərini qonaqlara izah edərək onların qonaqlamasının ən rahat şəkildə keçməsinə dəstək olmaq. Daimi qonaqlarla isə uyğun olduqda dostcasına və mehriban ünsiyyət qurmaq. 
  • Otel məhsulları və xidmətləri, həmçinin istirahət və biznes turistləri üçün maraqlı olabiləcək məlumatlara sahib olmaq. 
  • Qonaq istəklərini mədəni və effektiv şəkildə əməl etmək; qonaq məmnuniyyətinə nail olmaq. 
  • Oonaq yükünün otaqdan daşınması və qonağın oteldən çıxışınadək ona nəzarət etmək.  
  • Otelin lobbisində daim görünmək və yükləri ilə gələn qonaqları gördükdə onlara dərhal yardım etmək.  
  • Tələb olunduqda qonaq yüklərinin yük otağında saxlanılması. Qonaqların əşyalarına qayğı ilə yanaşmaq. 
  • Yük otağının təmizliyinə nəzarət etmək.
  • Otelin proseduruna müvafiq olaraq cari və yaxud gələcək qonaqlara, həmçinin əməkdaşlara aid  bütün məktub və teleqramların, bağlama və banderolların qeydiyyatı, çatdırılması və paylanması.
  • Lobbi istirahət hissəsində qonaqlar üçün daima jurnal və qəzetlərin, həmçinin broşür və şəhər xəritəsinin olmasını təmin etmək.
  • Birbaşa nəzarətçiniz və ya meneceriniz tərəfindən müxtəlif zamanlarda sizə verilə biləcək əlavə tapşırıqları icra etmək

 

Dil bilikləri: İngilis-yaxşı, Rus-orta, Azərbaycan-əla