Satış Təlimləri üzrə Menecer

İşin təsviri

İşin xülasəsi:

Satış Təlimləri üzrə Menecerin rolu Biznesin tələblərinə uyğun olaraq satış komandasının təlim və inkişaf strategiyasını təyin etmək və həyata keçirməkdir. 

Vəzifə funksiyaları: 

  • Biznes tələbləri və ehtiyaclarına cavab verən təlim və inkişaf proqramını hazırlamaq və idarə etmək;
  • Satış komandası üçün tələb olunan səriştəlikləri müəyyən etmək, qiymətləndirmək, inkişaf planını hazırlamaq;
  • Təlim və inkişaf strategiyasını və kurikulum planını hazırlamaq;
  • Təlim proqramlarının səmərliyi və effektivliyini qiymətləndirilmək;
  • Satış əməkdaşlarına yeni məhsullar üzrə təlim və tanıtımları həyata keçirmək;
  • Satış rəhbərliyinə tələb olunduqda mentorluq etmək; 
  • Təşkil olunmuş təlimlərə dair hesabatların hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təlimlərin elektron platformasını hazırlamaq və daim yeniləmək; 
  • Təlim və öyrənmə mühitininin yaradılmasını təbliğ edəcək proqram və fəaliyyətləri planlamaq, həyata keçirmək;
  • Gündəlik satış əməliyyatlarının içərisində aktiv olaraq rol almaq, prosesləri monitorinq etmək, qiymətləndirmək, ehtiyacları müəyyən edərək müvafiq tədbirlər görmək;
  • İnsan Resurlarının işə qəbul və təlim və inkişaf komandası ilə sıx əməkdaşlıq etmək, tələb olunduqda seçim prosesində iştirak etmək;
  • Yeni satış əməkdaşlarının sürətli adaptasiyası üçün tələb olunan ilkin satş təlimlərini həyata keçirmək.  

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Təlim sahəsində ən azı 2-3 il iş təcrübəsi (FMCG, retail sahəsi arzuolandır);
  • Güclü təqdimat, təlim bacarıqları; 
  • Səlis Azərbaycan və İngilis dil biliyi;
  • MS ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər;
  • Komandanın idarə olunması sahəsində təcrübə;
  • Mükəmməl ünsiyyət bacarığı;
  • Ölkədaxili ezamiyyələrə getmə imkanı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

 

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Təlimləri üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.     

Email: [email protected]

İşəgötürənin reytinqi